Bakıda narkotacilər saxlanıldı

  21 May 2020    Oxunub : 2483
Bakıda narkotacilər saxlanıldı
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Azvision.az -ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan Məşədi Bağırovun həyətində aqrotexniki üsulla yetişdirilmiş 43 ədəd 670 qram çətənə kolu aşkar edilib.

Bundan başqa, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik