Fransada daha 110 nəfər koronavirusdan öldü

Fransada daha 110 nəfər koronavirusdan öldü
  21 May 2020    Oxunub:4704
Fransada son sutka ərzində 110 nəfər koronavirusdan həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 28 min 132 nəfərə çatıb.

17 812 nəfər xəstəxanalarda, 10 320 nəfər isə qocalar evi və sosial müəssisələrdə vəfat edib. İndiyədək 63 min 354 xəstə sağalaraq evə buraxılıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 181 min 575 nəfərdir.

Azvision.az



Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti