Bakıda maşın qaçıran keçmiş məhkum tutuldu

Bakıda maşın qaçıran keçmiş məhkum tutuldu
  20 May 2020    Oxunub:4014
Mayın 8-də K.Qarayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ətrafında aparılmış tədbirlərlə onun mayın 14-də rayon ərazisindəki mağazaların birindən 2700 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti