Ramazan bayramı münasibətilə şəhid ailələrinə sovqat paylanıldı

Ramazan bayramı münasibətilə şəhid ailələrinə sovqat paylanıldı
  20 May 2020    Oxunub:3319
Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn Ramazan bayramı münasibətilə müxtəlif bölgələrdən olan şəhid ailələrinə bayram sovqatı paylayıb.
Fonddan Azvision.az -a bildiriblər ki, bu məqsədlə keçirilmiş görüşlərdə həmin kateqoriyadan olan insanların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi və onlara hər cür qayğının göstərilməsidir.



Şəhid ailələrinin üzvləri daim dövlətin diqqət mərkəzində olduqlarını və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Azvision.az


Teqlər: Şəhid   fond  





Xəbər lenti