Çində koronavirusla bağlı son vəziyyət

Çində koronavirusla bağlı son vəziyyət
  20 May 2020    Oxunub:2971
Çində son sutka ərzində koronavirusa 21 yeni yoluxma qeydə alınıb. Onlardan 16-sı simptomsuzdur.
Azvision.az verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 8 aktiv yoluxmadan 4-ü yerli, 1-i isə idxal olunub. Sutka ərzində 3 xəstə sağalıb, ölən olmayıb. Ümumilikdə, Çində epidemiya zamanı 1708 idxal olunan COVID-19 halı qeydə alınıb, onlardan 1662-si sağalıb, 46 xəstə hazırda xəstəxanadadır.

Çində indiyə kimi 82 min 965 koronavirusa yoluxma faktı aşkar edilib. Onlardan 78 min 244 nəfər sağalıb, 87 nəfər xəstəxanada müalicə alır, 4634 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti