30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur
  19 May 2020    Oxunub:3061
Azərbaycanda bütövlükdə 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq.
Azvision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, burada iş yerləri yaradılır. Bu DOST mərkəzində 130-dan çox iş yeri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunurlar. Bütövlükdə 130-dan çox xidmətin göstərilməsi demək olar ki, sosial sahənin bütün xidmətlərini ehtiva edir. Beləliklə, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub.

Prezident vurğulayıb ki, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur.

Azvision.az


Teqlər: DOST-Mərkəzi  





Xəbər lenti