Masallıda uşaq bağçası yandı

 Masallıda uşaq bağçası yandı
  09 Yanvar 2014    Oxunub:1000
Masallı rayonunda uşaq bağçasında yanğın baş verib.

AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Masallı rayonu Böyük Xocavar kəndində ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli uşaq bağçasının birinci mərtəbəsində 44 kv.m olan otaqda döşəmə 3 kv.m sahədə yanıb.

Otağın və uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti