Elektron vizanın verilməsinə dair yeni prosedur

   Elektron vizanın verilməsinə dair yeni prosedur
  19 May 2020    Oxunub:3345
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanuna və Miqrasiya Məcəlləsinə dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli fərmanı ilə “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib, elektron viza birdəfəlik və çoxdəfəlik elektron vizalara bölünüb.

Belə ki, birdəfəlik və çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilir. “Turizm haqqında” qanuna və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, bu prosedur qanunvericilikdə əksini tapacaq.

Eyni zamanda, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılacaq, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək.

Qanun layihələri III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Viza  





Xəbər lenti