“Buna ikiqat qısqanclıqla yanaşırıq”

“Buna ikiqat qısqanclıqla yanaşırıq”
  15 Mart 2013    Oxunub:1267
“Azərbaycan dəfələrlə bəyan edib və yenə də bəyan edir ki, işğalçı Ermənistan dövləti və Dağlıq Qarabağdakı separatçı rejimlə hər hansı təmasa həssaslıqla yanaşırıq. Xüsusilə də bu təmas bizim dost dövlətlər tərəfindən olduqda”.

Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Van-İrəvan aviareysinin açılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakı bu cür təmaslara işğalçı ölkəyə dəstək və onun gücləndirilməsi kimi yanaşır: “Bu dəstək isə işğal faktını uzadır. Bunu Azərbaycanla strateji maraqları üst-üstə düşən dövlətlər reallaşdırdıqda, buna ikiqat qısqanclıqla yanaşırıq. Bu, tək bizim deyil, eyni zamanda Türkiyə ictimaiyyətinin də münasibətidir”.

Ə.Həsənov xatırladıb ki, bir müddət əvvəl Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi ortaya çıxanda da bu məsələ Türkiyə ictimaiyyəti, siyasi partiyalar və Türkiyə hökuməti tərəfindən dəstəklənməyib: “Van-İrəvan aviareysinin açılmasını Ermənistandakı işğalçı rejimə hansısa formada verilmiş rəsmi dəstək kimi qiymətləndiririk”.


Teqlər:





Xəbər lenti