Güc strukturlarını tərk edənlər Vanetsyanın ətrafına toplaşır

Güc strukturlarını tərk edənlər Vanetsyanın ətrafına toplaşır
  19 May 2020    Oxunub:3238
Bu günlərdə Ermənistanda güc strukturlarını tərk edən insanlar Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın ətrafına toplaşırlar.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Nəşrin məlumatına görə, polisdən, prokurorluq sistemindən, İstintaq Komitəsindən ayrılanlar və xüsusilə Milli Təhlükəsizlik Xidmətinin keçmiş işçiləri Vanetsyanın ətrafında kiçik bir "hüquq-mühafizə orqanı" yaradıblar.

Bundan əlavə, hələ də bu strukturlarda işləyən bir çox insan vaxtaşırı həmin şəxslərlə əlaqə saxlayır, nə zaman siyasi partiya kimi fəaliyyətə başlayacaqları ilə maraqlanır və Vanetsyana qoşulmaq istədiklərini etiraf edirlər.

Xatırladaq ki, Vanetsyan fövqəladə vəziyyət rejimindən əvvəl siyasi partiya yaratmaq niyyətində olduğunu bildirib, lakin epidemiya səbəbindən təsis qurultayı çağırılmayıb. Məlumata görə, hələ formalaşmamış partiyaya üzv olmaq üçün 1700-ə yaxın müraciət daxil olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan   Vanetsyan  





Xəbər lenti