Məşhur milyarder vəfat etdi

Məşhur milyarder vəfat etdi
  19 May 2020    Oxunub:2859
Səudiyyə Ərəbistanının məşhur milyarderi, "Dallah Əl-Baraka" holdinqin prezidenti və qurucusu Saleh Abdullah Kamil vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə holdinqin rəsmi "Twitter" hesabından məlumat paylaşılıb.

Bildirilir ki, 79 yaşlı milyarder Ramazan ayının son 10 günlüyündə, mübarək bir gecədə dünyasını dəyişib. Onun ölüm səbəbi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, Saleh Abdullah Kamil islam bankçılığının və ərəb dünyası mediasının əsas simalarından hesab olunur. Onun 2.3 milyard dollar sərvətə malik olduğu bildirilir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Səudiyyə   Milyarder  





Xəbər lenti