Çində güclü zəlzələ - 4 ölü, 23 yaralı

Çində güclü zəlzələ -  4 ölü, 23 yaralı
  19 May 2020    Oxunub:4277
Çinin cənub-qərbindəki Yunnan əyalətində baş vermiş zəlzələ nəticəsində dörd nəfər ölüb, 23 nəfər müxtəlif xəsarətlər alıb.
Azvision.az “RİA-Novosti”yə istinadla xəbər verir ki, zəlzələ 5,0 bal gücündə olub.

Məlumata görə, episentri 8 kilometr dərinlikdə olan zəlzələ 5,5 milyondan çox insanın yaşadığı Çjaotun şəhər dairəsinin Syaoszya bölgəsində qeydə alınıb.

Yerli hakimiyyət orqanları operativ şəkildə xilasetmə əməliyyatlarını həyata keçiriblər, zərə çəkmiş binalardakı insanlar təhlükəsiz yerlərə təxliyə edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Zəlzələ  





Xəbər lenti