Rusiyada müəmmalı qətllər: Antiterror əməliyyatları başladı

Rusiyada müəmmalı qətllər: Antiterror əməliyyatları başladı
  09 Yanvar 2014    Oxunub:976
Yeni ilə Volqoqradda ciddi insan tələfatı ilə nəticələnən partlayışlarla qədəm qoyan Rusiyada növbəti dəfə terrorla bağlı həyəcan siqnalı verilib.
Bu dəfə Stavropol diyarında tapılan cəsədlər federal təhlükəsizlik bürosunu hərəkət keçirib. Ölkənin cənububdakı Kirov və Predqornı rayonlarında fərqli küçələrdə 4 müxtəlif avtomobildən ümumilikdə 5 güllələnmiş kişi meyiti aşkarlanıb. Polislər əraziyə gələn vaxt avtomobildən 20 metr aralıda kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb. Ancaq ölən və ya yaralanan olmayıb.

Şübhəli qətllərin qeydə alındığı rayonlarda döyüş rejimi tətbiq edən polislər cinayətkarların axtarışına çıxıb. Öldürülən 5 nəfərdən ikisinin şəxsiyyəti məlum olub. Onların yerli taksi sürücüləri olduğu bildirilib. Qətllərin hansı zəmində baş verdiyini açıqlamada çətinlik çəkən təhlükəsizlik rəsmiləri faktla bağlı istintaq komissiyasının yaradılmasına göstəriş verib.

Qeyd edək ki, Soçi qış olimpiya oyunlarının başlamasına bir aydan da az vaxt qalır. Prezident Vladimir Putin ölkədə təhlükəsizlik sistemlərinin gücləndirilməsinə göstəriş versə də, dekabrın 29 və 30-u Volqaqradda törədilən partlayışlar olimpiya ərəfəsindən ölkənin terrorun hədəfinə çevrildiyinə işarə vurub.

2 partlayışda azı 34 nəfər ölüb, onlarla insan da yaralanıb. Buna qədərsə, Rusiya polisi elə şübhəli ölümlərin yaşandığı Stavropolda üzərinə partlayıcı qurğular yerləşdirmiş bir intiharçını yaxalamağa müvəffəq olmuşdu.

S.Həsənova


Teqlər:  





Xəbər lenti