Qadın eyni vaxtda 6 uşaq dünyaya gətirdi

Qadın eyni vaxtda 6 uşaq dünyaya gətirdi
  18 May 2020    Oxunub:3151
Fransada qadın eyni vaxtda 6 uşaq dünyaya gətirib.
Azvision.az xəbər verir ki, bu barədə RTL radiosu məlumat yayıb. Bildirilib ki, Strasburq şəhərində 5 qız və bir oğlan doğulub. Körpələrin dünyaya gəlişinə 30 mütəxəssisdən ibarət heyət cəlb edilib.

Körpələr reanimasiyaya yerləşdirilib və onlar hələ bir neçə ay xəstəxanada qalacaqlar. Altı uşağın doğulması dünyada 4.7 milyard doğuşda orta hesabla bir dəfə baş verən nadir haldır. Sonuncu dəfə Fransada 30 il əvvəl, 1989-cu ildə Paris xəstəxanasında belə hal yaşanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa   doğulma  





Xəbər lenti