Mağazalardan oğurluq edən qadın tutuldu

Mağazalardan oğurluq edən qadın tutuldu
  18 May 2020    Oxunub:3203
Qax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 3 mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Y.İbrahimova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Y.İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hal-hazırda təqsirləndirilən şəxs kimi axtarışda olduğu məlum olub. Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti