Zaqatalada kafe, Bakıda “BMW” yanıb

Zaqatalada kafe, Bakıda “BMW” yanıb
  18 May 2020    Oxunub:2975
Bakı şəhərinin Sabunçu rayonunda “BMW” markalı minik avtomobilinin yük hissəsi və salonu qismən yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunun Yolayrıc kəndində isə ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət kafe yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti