Bakı, Sumqayıt və Abşeronda karantin postları ləğv edildi

 Bakı, Sumqayıt və Abşeronda karantin postları ləğv edildi
  18 May 2020    Oxunub:11714
Mayın 18-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində avtomobil yollarındakı karantin postları ləğv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Azvision.az -a bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-i saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı verdiyi qərara əsasən, bu postların tətbiqinə ehtiyac qalmayıb:

"Artıq avtomobillərdəki sürücü və sərnişinlər, o cümlədən sakinlər evlərindən icazəsiz çıxa biləcəklər. Bu məqsədlə avtomobil yollarında quraşdırılan karantin postları ləğv edilib".

DİN rəsmisinin sözlərinə görə, karantin rejimi qaydalarına uyğun olaraq Bakı, Sumqayıt və Abşeron ərazilərində polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşların sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər.

Azvision.az


Teqlər: DİN   Karantin   Post  





Xəbər lenti