İsrail parlamenti yeni hökuməti təsdiqlədi

 İsrail parlamenti yeni hökuməti təsdiqlədi
  17 May 2020    Oxunub:3985
İsrail parlamenti (Knesset) martın 2-də keçirilmiş seçkilərin yekunları üzrə Baş Nazir Binyamin Netanyahu tərəfindən formalaşdırılan koalisiya hökumətini təsdiqləyib.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, 120 deputatdan 73-ü yeni hökuməti dəstəkləyib.

Qeyd edək ki, "Likud" və "Kahol-Lavan" partiyalarının koalisiya razılaşmasına əsasən, Netanyahu 2021-ci ilin noyabr ayınadək Baş Nazir vəzifəsində çalışacaq. Bundan sonra Baş Nazir vəzifəsi Beni Qansa keçəcək.

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti