Lerikdə 3 otaqlı ev yanıb

Lerikdə 3 otaqlı ev yanıb
  17 May 2020    Oxunub:3409
Lerik rayonunun Əvilə kəndində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan evə bitişik, ümumi sahəsi 28 m² olan dəmir konstruksiyalardan ibarət talvar deformasiyaya uğrayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Lerik   Yanğın   FHN  





Xəbər lenti