Gömrükdə gizlədilən 13 min “Marlboro” tapıldı

Gömrükdə gizlədilən 13 min “Marlboro” tapıldı
  16 May 2020    Oxunub:4209
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə 13 min ədəd “Marlboro” markalı siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı yük avtomobillərinin gizli saxlanc yerlərindən 13 min ədəd “Marlboro” markalı siqaret aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti