“Ən iyrənc kampaniyanın mənbəyi Milli Şuradır” - Arif Hacılı
O bildirib ki, Müsavat partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı. Belə ki, lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra burada kibercinayət simulyasiyası çox gülünc görünür.
"Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz. Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşıram. İnanmaq istəyirəm ki, onların, xüsusilə Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq", - deyə A.Hacılı vurğulayıb.
Azvision.az
Teqlər: Musavat Milli-Şura