General Əfqan Nağıyev barəsində həbs qərarı verildi

  16 May 2020    Oxunub : 4462
General Əfqan Nağıyev barəsində həbs qərarı verildi
Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxılıb.
Azvision.az -ın məlumatına görə, keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Azvision.az

Teqlər: DSX   General