Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığı təmin edilir

Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığı təmin edilir
  16 May 2020    Oxunub:4311
BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət ailə siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilərək ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Ədliyyə Nazirliyi tərəfindən aparılan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi ailə institutunun möhkəmləndirilməsində, demoqrafik inkişafın təmin olunmasında və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.

Ölkəmizdə koronavirus infeksiyası ilə əlaqədar nazirliyin qeydiyyat şöbələri xüsusi karantin rejiminə uyğun fəaliyyətini davam etdirib. Əhalinin bəzi vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına olan ehtiyacını nəzərə alaraq onlara yalnız təxirəsalınmaz hallarda qeydiyyat şöbələrinə müraciət etmək, digər hallarda isə müvafiq xidmətlərdən elektron qaydada yararlanmaq tövsiyə olunub.

Qeyd olunmalıdır ki, pandemiya dövründə nazirliyin qeydiyyat orqanları tərəfindən bu günədək 23400-dən çox vətəndaş vəziyyəti aktları rəsmiləşdirilib ki, onların da 2478-i nikah, 12566-sı isə doğumun qeydiyyatı ilə bağlıdır. Uşaqların 6793-ü oğlan, 5773-ü qız, 140-ı əkiz, 6-sı üçəm olub.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti