Sarkisyanın kürəkəninə yeni cinayət işi açıldı

Sarkisyanın kürəkəninə yeni cinayət işi açıldı
  15 May 2020    Oxunub:3154
Ermənistan Xüsusi İstintaq Xidməti ölkənin Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı yeni cinayət işi açıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işin başlanmasına səbəb sahibkar Manvel Ter-Arakelyanın “Facebook” paylaşımı olub.

Sahibkar Serj Sarkisyanın köməyi ilə Minasyanın ona məxsus 500 min dollar dəyərində kafeni ələ keçirdiyini bildirib. İş adamı ona ümumilikdə 1,94 milyard dram (3.9 milyon dollar) zərər dəydiyini açıqlayıb.

Sarkisyanın kürəkəninə ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə cinayət işi açılıb.

Xatırladaq ki, Minasyana artıq qeyri-qanuni yolla var-dövlət əldə etmək, çirkli pulların yuyulması, gəlir hesabatında saxta məlumatlar verməsi ilə bağlı cinayət işi açılıb. Məhkəmə Minasyanın həbsinə qərar verib, lakin o, hazırda Ermənistandan kənarda olduğu üçün barəsində axtarış elan edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti