“Qarabağ münaqişəsinin həlli bizim üçün prioritetdir”- Aİ rəsmisi

 “Qarabağ münaqişəsinin həlli bizim üçün prioritetdir”-   Aİ rəsmisi
  15 May 2020    Oxunub:3817
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet olaraq qalır.

Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin deyib.
Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh prosesi ilə bağlı səylərini dəstəkləməkdə davam edir.

"Bu münaqişənin hərbi həlli yoxdur və beynəlxalq hüquqa uyğun siyasi həll yolu tapmaq lazımdır", - deyə xanım səfir bildirib.

Diplomat, həmçinin xatırladıb ki, Avropa İttifaqına üzv olan ölkələr Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Buna görə də Aİ orada mövcud ola bilməz.

"Avropa İttifaqı sülh prosesini və tərəflər arasındakı təmasları dəstəkləməkdə davam edir", - deyə diplomat qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropa-İttifaqı   Qarabağ  





Xəbər lenti