Bu ölkədə koronavirus pandemiyası başa çatdı

Bu ölkədə koronavirus pandemiyası başa çatdı
  15 May 2020    Oxunub:4087
Sloveniya hökuməti koronavirus pandemiyasının ölkədə rəsmi olaraq başa çatdığını elan edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, ölkənin Baş Naziri Yanez Yanşa Sloveniyanın Avropada ən yaxşı kliniki vəziyyətdə olduğunu bəyan edib.

“Bu, bizə epidemiyanın sona çatmasını elan etməyimizə imkan verir", - deyə Baş Nazir vurğulayıb.

Bununla belə, vətəndaşlar infeksiyanın yayılmasının qarşısını almaq üçün əsas qaydalara əməl etməyə çağırılıb.

Xatırladaq ki, son iki həftə ərzində Sloveniyada koronavirusa yoluxanların sayı gün ərzində 7 nəfərdən çox olmayıb. Bu günə qədər ölkədə 1464 nəfər virusa yoluxub, 103 xəstə ölüb, 322 nəfərin müalicəsi davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti