Çində son sutkada koronavirusdan ölən olmayıb

Çində son sutkada koronavirusdan ölən olmayıb
  15 May 2020    Oxunub:3111
Çində son sutkada 4 nəfərdə koronavirusun aktiv forması, 11 nəfərdə isə simptomsuz yoluxma halı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bütün aktiv yoluxma halları ölkənin daxilində qeydə alınıb. İdxal olunmuş yoluxma halları aşkarlanmayıb. Belə ki, simptomsuz yoluxmaların 9-u ölkə daxilində, 2-si isə xaricdən gələn vətəndaşlarda müəyyən edilib.

Hazırda 619 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altındadır.

Ötən sutka ərzində ölkədə koronavirusdan ölüm halı baş verməyib.

Xatırladaq ki, Çində koronavirusa yoluxanların ümumi sayı 82 933, ölənlərin sayı isə 4 633 nəfər təşkil edir. 11 xəstənin vəziyyəti ağır qiymətləndirilir. İndiyə kimi virusdan 78 mindən çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti