Masallıda iki yük maşını toqquşub, ölən var

 Masallıda iki yük maşını toqquşub,  ölən var
  15 May 2020    Oxunub:4653
Masallı rayonunun Çaxırlı kəndi ərazisində “KamAZ” və “QAZ” markalı iki yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nəticədə “QAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti