Kamal Cəfərov: “Mən özüm də könüllü olmuşam” - VİDEO

      Kamal Cəfərov:    “Mən özüm də könüllü olmuşam” -    VİDEO
  14 May 2020    Oxunub:5961
Bu gün Azərbaycan Diaspor Gəncləri “2020-ci il - Könüllülər ili” ilə bağlı onlyan konfrans təşkil edib.
Azvision.az xəbər verir ki, konfransda BMT Könüllülərinin regional ofisinin rəhbəri Dmitri Frisçin və BMT Könüllülərinin Regional Portfel Tərəfdaşı Dəniz Böyükbaykalla bu sahədə görülən işlər və perspektivlər müzakirə olunub.

Müzakirədə Milli Məclisin deputatı Kamal Cəfərov da iştirak edib. O, bir çox vacib məqamlara toxunub.

Deputat bildirib ki, 1 saylı “ASAN xidmət” mərkəzinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin könüllülüklə bağlı fikirləri və bu məsələyə yanaşması bu gün könüllülüyün ölkəmizdə geniş vüsət alması və ən yüksək səviyyədə qiymətləndirilməsi üçün fundament rolu oynadı, eyni zamanda gəncləri könüllülüyə təşviq etdi.



"Qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaranıb. Bundan başqa, gənclərin parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, hüquq-mühafizə sisteminin rəhbərliyində təmsil olunması Azərbaycan dövlətinin uğurlu gənclər siyasətinin nəticəsi, ölkə başçısı tərəfindən gənclərə verilən yüksək qiymətin və diqqətin təzahürüdür. Mən özüm də könüllü olmuşam, bu gün Milli Məclisin deputatıyam. Bununla yanaşı könüllü fəaliyyətim hələ də davam edir. Könüllü xidmətin yaşı yoxdur.”

K.Cəfərov, həmçinin Sabirabad rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər planının hazırlanması və bu planın həyata keçirilməsində BMT-nin də xüsusi rol oynaya biləcəyi ilə bağlı fikirlərini bölüşüb

Azvision.az


Teqlər: Kamal-Cəfərov  





Xəbər lenti