Tramp Çinə sanksiya tətbiq etməyə hazırlaşır

 Tramp Çinə sanksiya tətbiq etməyə hazırlaşır
  14 May 2020    Oxunub:3208
ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qremin koronavirusun yayılmasına görə Çinə qarşı sanksiyalara dair təklif etdiyi qanun layihəsinə baxacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yer alıb.

"Mən Lindsi Qremə hörmət edirəm. Mütləq Çinə sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsini nəzərdən keçirəcəyəm", -deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Pekini koronavirusun yayılması ilə bağlı məlumatları gizlətməkdə ittiham edir. Çin isə öz növbəsində bütün ittihamları rədd edir. Tramp və dövlət katibi Mayk Pompeo virusu "Çin vurusu" və ya "Uhan virusu" adlandırıblar. Senator Lindsi Qrem Prezidenti Çin xəstəliyin yayılması ilə bağlı tam hesabat verməsə, ona qarşı sanskiya tətbiq etməyə çağırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti