İki qəbilə arasında atışma: 26 ölü, 19 yaralı

İki qəbilə arasında atışma:  26 ölü, 19 yaralı
  14 May 2020    Oxunub:2853
Sudanın Cənubi Kordofan əyalətində silah ticarəti ilə bağlı iki qəbilə nümayəndələri arasında atışma baş verib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin nümayəndəsi Abdullah əl-Bəşir bildirib.

Onun sözlərinə görə, Kaduqlı şəhərinin bazarında və yaxınlıqdakı kəndlərdə qeydə alınan atışmada azı 26 nəfər ölüb, 19 nəfər yaralanıb.

Qeyd edək ki, Cənubi Darfurda oğurluq üstündə iki qəbilə arasında baş verən silahlı insidentdə 30 nəfər ölmüşdü.

Azvision.az


Teqlər: Sudan  





Xəbər lenti