Rusiyadan qayıdanların bir çoxunda koronavirus aşkarlanıb

 Rusiyadan qayıdanların bir çoxunda koronavirus aşkarlanıb
  13 May 2020    Oxunub:4313
Əvvəlki dövrlərdə Avropa qitəsindən təyyarə ilə gələn vətəndaşlarımız arasında koronavirusa yoluxma halı çox olurdu. Amma son dövrlərdə Rusiyadan gələnlər arasında koronavirusa yoluxma halları daha çox müşahidə edilməyə başlayıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyadan gələnlər arasında koronavirusa yoluxanların sayı 18-20 faiz olub.

"Bu göstərici müəyyən dövrlərdə dəyişir və artmağa doğru gedir. Aprelin sonu, mayın əvvəlində quru sərhədi ilə Rusiyadan gələn 540 vətəndaşdan 8-10 nəfərdə pozitiv hal aşkarlanmışdı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti