Prezidentin köməkçisi: “Ermənistan münaqişənin həllini təhrif etməyə çalışır”

    Prezidentin köməkçisi:    “Ermənistan münaqişənin həllini təhrif etməyə çalışır”
  13 May 2020    Oxunub:4956
“Ermənistan münaqişənin həllini təhrif etməyə çalışır. Koronavirusu da möhtəkirlik obyektinə çevirməyə çalışır".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Prezidentin köməkçisi bildirib ki, koronavirus dövlətlərin üzərində öhdəliklər qoyur:

"Ermənistan öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu nümayiş etdirmək istəyirsə, koronavirus da yaxşı fürsətdir. Ermənistan işğala son qoysun, köçkünlərin öz torpaqlarına qayıtmaq hüququ bərpa edilsin”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti