Ermənilər Qazaxda evləri və avtomobilləri atəşə tutub

 Ermənilər Qazaxda evləri və avtomobilləri atəşə tutub
  13 May 2020    Oxunub:4412
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərə­finin təx­ribatları davam edir.
Dövlət Sərhəd Xidmətindən (DSX) Azvision.az -a verilən məlumata görə, 13 may tarixində saat 12:00-dan başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətdə avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

Azvision.az


Teqlər: DSX  





Xəbər lenti