ASAN Qlobal Veb Forum keçiriləcək
Forum açılış, bağlanış sessiyalarından və 4 fərqli mövzulu paneldən ibarət olacaq. Panel müzakirələr pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi, bu sahədə sosial innovasiyalar, müvafiq dövrdə logistik problemlər və həlləri, habelə postpandemiya dövründə fəaliyyətin ümumi strategiyası və perspektivləri kimi aktual məsələlərə həsr olunacaq.
Forumun açılış sessiyasının natiqləri İSESKO-nun Baş direktoru Salim M. Al-Malik, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne, BMT İnkişaf Proqramının Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarətemə Təşkilatının (UCLG) Baş Katibi Jan Pyer Elonq Mbassi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev olacaqlar.
Moderator isə məşhur jurnalist, futuroloq (CNN, TEDx, Forbes) İan Xan olacaq.
2 günlük Qlobal Veb Forumda Azərbaycan Respublikasının, o cümlədən müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, nazirlər, tanınmış ekspertlər iştirak edəcəklər.
Forum “ASAN xidmət”in “Youtube” kanalında (https://www.youtube.com/user/asanxidmat) və Dövlət Agentliyinin “Facebook” səhifəsində (https://www.facebook.com/vxsida/) canlı yayımlanacaq.
Forumun proqramı ilə tanış olmaq üçün: www.globalwebforum.asan.gov.az
Azvision.az