Kəlbəcərin yeni icra başçısı kimdir? - FOTOLAR (DOSYE)

 Kəlbəcərin yeni icra başçısı kimdir? -  FOTOLAR (DOSYE)
  13 May 2020    Oxunub:16796
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Azvision.az -ın məlumatına görə, Azər Bəhlul oğlu Qocayev 1985-ci il sentyabrın 7-də Sumqayıt şəhərinədə anadan olub. 1992-2003 illərdə Sumqayıt 31 saylı orta məktəbdə orta təhsil alıb.
Elə həmin ildə də Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsinə daxil olub. 2007-ci ildə həmin Universiteti bitirərək həqiqi hərbi xidmətə yollanıb.

2009-cu ildə “Bakı Elektrikşəbəkə ASC”-də, 2010-cu ildə “Azərenerji” ASC-nin Sumqayıt ES-də mühəndis vəzifəsində çalışıb. 2012-ci ildə “Sumqayıt REŞ” MMC-də mühəndis işləyib. 2015-ci ildə “Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb. 2017-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Ailəlidir, iki övladı var.







Anar Kəlbiyev
Azvision.az


Teqlər: Kəlbəcər   İcra   Başçı  





Xəbər lenti