Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də Bakı şəhər sakini O.Quliyevin içərisində 260 manat, 2200 rubl pul, sənəd, açar və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini E.Dostəliyev saxlanılıb.