Masallı sakinindən tüfəng götürülüb

Masallı sakinindən tüfəng götürülüb
  13 May 2020    Oxunub:2599
Masallı sakinində silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-66” markalı ov tüfəngi, 3 ədəd patron götürülüb.

Azvision.az


Teqlər: Masallı   Tüfəng  





Xəbər lenti