İrəvanda silahlı insident baş verib

İrəvanda silahlı insident baş verib
  13 May 2020    Oxunub:2327
Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, hadisə dünən gecə Şenqavit rayonu ərazisində qeydə alınıb.

Polis hadisə yerindən qan izləri, "Makarov" tapançasından atılmış 9 mm çaplı gilizlər aşkarlayıb.

Hadisə ilə bağlı xuliqanlıq, qanunsuz silah-sursat daşınması, saxlanması və istifadəsi ilə bağlı cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin olub-olmadığını müəyyənləşdirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İrəvan   İnsident  





Xəbər lenti