Çində son sutkada 15 yoluxma qeydə alındı

Çində son sutkada 15 yoluxma qeydə alındı
  13 May 2020    Oxunub:2368
Çində son sutka ərzində koronavirusa 15 yoluxma qeydə alınıb. Onlardan səkkizi simptomsuzdur.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, yeddi aktiv yoluxmadan 6-sı yerli, biri isə idxal olunub. Sutka ərzində 18 xəstə sağalıb, ölən olmayıb.

"Ölkənin 31 əyaləti üzrə ümumilikdə 82 926 təsdiq edilmiş yeni koronavirusa yoluxma qeydə alınıb. Hazırda 104 xəstə var, onlardan 10 nəfərin vəziyyəti ağırdır. 78 189 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Ölənlərin sayı isə 4633 nəfər təşkil edir”, - deyə komitənin məlumatında bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti