Türkiyə ordusu daha 3 terrorçunu məhv etdi

Türkiyə ordusu daha 3 terrorçunu məhv etdi
  12 May 2020    Oxunub:3473
Suriyanın şimal-şərqində Kürdüstan İşçi Partiyası (PKK) və kürd özünümüdafiə qüvvələrinin (YPG) üç üzvü zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Xüsusi təyinatlı qüvvələrimiz sülh əməliyyatının mənbəyinə girməyə çalışan üç PKK / YPG terrorçusunu zərərsizləşdirib",- deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, ABŞ və Türkiyə 2019-cu ilin 17 oktyabrında Türkiyənin Suriyanın şimal-şərqindəki "Sülh mənbəyi" adlı hərbi əməliyyatını 120 saat dayandırmaq və kürd qüvvələrini Ankaranın öz nəzarətində saxlamağı planlaşdırdığı Suriya-Türkiyə sərhədindəki 30 km bufer zonasından çıxarmaq barədə razılığa gəldiklərini açıqlayıblar.

Daha sonra Türkiyə Prezidenti Tayyib Ərdoğan ABŞ-ın öhdəliklərini tam yerinə yetirmədiyini və Ankaranın güzəştə getməyə hazır olmadığını bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   terror  





Xəbər lenti