Gələn həftə 3 gün iş olmayacaq

Gələn həftə 3 gün iş olmayacaq
  08 Yanvar 2014    Oxunub:1090
Yanvar ayında Azərbaycanda 3 gün iş olmayacaq. AzVision.az-ın məlumatına görə, 20 Yanvar matəm günü həftənin bazar ertəsinə təsadüf etdiyindən bəzi dövlət müəssisələrində gələn həftənin şənbə və bazar günləri daxil olmaqla 3 gün qeyri-iş günü olacaq. Belə ki, 18, 19, 20 yanvar qeyri-iş günü olacaq. 6 günlük rejimdə çalışanlar isə istisnadır.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin AzVision.az-a məlumatı təsdiqləyib.

“Əmək Məcəlləsinin nəzərdə tutduğu qanunla, 20 Yanvar, qeyri-iş günüdür. Amma iş olmasa da , həmin gün Şəhidlər Xiyabanı ziyarət ediləcək. Şənbə gününə gəldikdə isə, bəzi yerlər var ki, orada iş günüdür”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti