SOCAR -da kütləvi ixtisarlar başladı

SOCAR -da kütləvi ixtisarlar başladı
  08 Yanvar 2014    Oxunub:1085
ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin üç istehsalat müəssisəsi – "Kəşfiyyatgeofizika", "Mədəngeofizika" və "Kompleks geoloji-kəşfiyyat və topoqrafiya" idarələri ləğv olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

M. Qəhrəmanlı həmçinin bildirib ki, bununla bağlı 1 servis qurumunun (Nəqliyyat və xüsusi texnika idarəsi) işçilərinə də dünən xəbərdarlıq olunub.

“Üç idarə ləğv olunaraq bölməyə çevriləcək. Nəqliyyat və xüsusi taxnika idarəsi isə tərkibdən çıxarılır. Say haqqında məlumatım hələlik yoxdur. İşçilərə dünən xəbərdarlıq ediblər”- deyə komitə sədri qeyd edib .

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti