“Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir” - Tarixçi deputat

 “Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir” -  Tarixçi deputat
  12 May 2020    Oxunub:5294
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın 1943-cü ildə Qaregin Njdenin dəstəsində faşistlərin tərəfində SSRİ-yə qarşı vuruşduğu məlum olub.
Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı Azvision.az -a açıqlamasında bildirib ki, İkinci Dünya Müharibəsi illərində bir sıra erməni xadimləri və ayrı-ayrı qrupların faşist Almaniyasının kəşfiyyatı ilə əlaqərinin olmasına dair çoxlu sayda rəsmi arxiv sənədləri var.

Onun sözlərinə görə, Njde və Dro haqqında sovet xüsusi xidmət orqanlarının hazırladığı məlumatlar bunu təsdiq edir.

“Bu şəxslər və digərləri təkcə 1914-1920-ci illərdə türkləri kütləvi şəkildə öldürməyiblər, eyni zamanda müharibə illərində rusları, digər slavyan xalqlarını da öldürməyə dair çağırışlar ediblər və onun həyata keçirilməsində iştirak ediblər. Yəhudilərə qarşı törədilən xolokostda ermənilərin əli var. Erməni qruplarının əli Baltikyanı xalqların, gürcülərin və digərlərinin də qanına batıb. Bu gün Ermənistanda neonasizmin dövlət siyasəti olması, Njdeyə abidə qoyulması, adına küçə verilməsi əbəs deyil”.

Deputat bildirib ki, Paşinyan da həmin qanın və ideologiyanın daşıyıcısıdır: “Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir. Hitler Almaniyası işğal etdiyi ərazilərdə əhalini qovmurdu, qədim tarix və mədəniyyət abidələrini dağıtmırdı, işğalçı ermənilər isə Azərbaycan ərazilərində və Azərbaycan xalqının tarixi torpağı olan indiki Ermənistanda xalqımıza aid olan hər şeyi şey tarixdən silib, qəbiristanlıqları dağıdıb”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan faşizm üzərində qələbənin 75 illiyi münasibətilə sosial şəbəkə hesabında babasının fotosunu paylaşıb. Paşinyan iddia edib ki, babası 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib və 1943-cü ildə müharibədə həlak olub.

Erməni baş nazirin babası haqqında məlumatlar araşdırılarkən üzə çıxıb ki, Nikolay Vartanoviç Paşinyan 1943-cü ildə Qaregin Njdenin dəstəsində faşistlərin tərəfində SSRİ-yə qarşı vuruşub. Aşkar olunan dəlillər təsdiqləyir ki, Paşinyanın babası nasist hakimiyyəti ilə əməkdaşlıq edib və onların xeyrinə xidmət aparıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ermənistan   Faşizm   Deputat   Tarix   Paşinyan  





Xəbər lenti