YAP-çı deputat həyəcan təbili çaldı

YAP-çı deputat həyəcan təbili çaldı
  08 Yanvar 2014    Oxunub:1004
“Bu çox ciddi və təhlükəli məsələdir, ehtiyatlı olmalıyıq”
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Müdafiə Nazirliyində aparılan kadr dəyişikliklərinin mətbuatda yayımlanmasının təhlükəli hal olduğunu bildirib.

AzVision.az-ın məlumatına görə, deputat bunun narahatlıq doğurduğunu qeyd edib:

“Azərbaycan cəmiyyətində silahlı qüvvələr sektorunda baş verən dəyişikliklər həmişə maraqlıdır. Bunu ilk növbədə ölkəmizin Ermənistanla muharibə vəziyyətində olması ilə izah etmək olar.

Bu baxımdan Azərbaycan mətbuatında müntəzəm olaraq hərbi ilə ilk növbədə Müdafiə Nazirliyi ilə bağlı materiallar verilir. Bu təqdirə layiq bir məsələdir və jurnalistlərin fədakarlığı qiymətləndirilməlidir.

Ancaq bununla belə mətbuatımızda Müdafiə Nazirliyi ilə bağlı bütün informasiyanın verilməsi böyük narahatlıq doğurur. Mətbuat MN-nin verdiyi rəsmi məlumatlara yanaşı, kənardan alınan məlumatları açıqlamağa çox meyllidir. Xüsusi ilə də yeni müdafi nazirinin bütün yeni təyinatları bir anda yayımlanır. Artıq Azərbaycanda açıq şəkildə bütün hərbi hissə komandirlərinin, müavinərinin, qərargah rəislərinin adı mətbuatda bilinir və xarakteristikası da verilir.

Bunu təhlükəli hal hesab edirəm. Ermənistanın mətbuatımızı daima izlədiyinin və ordumuzla bağlı məlumatların bir hissəsinin məhz mətbuatımızdan aldığının fərqinə varmalıyıq. Silahl Qüvvələrimizlə bağlı hər informasiyanın, xüsusi ilə də kadr təyinatı məlumatlarının yayılmasına ehtiyac yoxdur. Bu məsələlər hesab edirəm ki, hər birimizi dərindən düşündürməlidir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti