Sabah bəzi yerlərdə şaxta olacaq

Sabah bəzi yerlərdə şaxta olacaq
  08 Yanvar 2014    Oxunub:839
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti