Ərdoğan Merkellə koronavirusu müzakirə etdi

  11 May 2020    Oxunub : 2997
Ərdoğan Merkellə koronavirusu müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, tərəflər koronavirusa qarşı mübarizə və pandemiyadan sonrakı tədbirlərlə bağlı məsələləri müzakirə ediblər.

"Prezident Ərdoğan Merkellə telefon danışığında COVID-19-a qarşı mübarizə və pandemiyadan sonra əməkdaşlıqla bağlı atılacaq addımları müzakirə edib”, - deyə Türkiyə Prezident Administrasiyasının açıqlamasında deyilir.

Qeyd olunub ki, ikitərəfli münasibətlər və regional problemlər ətrafında da fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Merkel