“Ukrayna ilə münasibətlər pisləşsə, Gürcüstanı aclıq gözləyir” - Saakaşvili

“Ukrayna ilə münasibətlər pisləşsə, Gürcüstanı aclıq gözləyir” -  Saakaşvili
  11 May 2020    Oxunub:4845
Ukrayna ilə münasibətlərin pisləşəcəyi təqdirdə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, Ukraynada İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinin yeni təyin edilmiş sədri Mixail Saakaşvili deyib.

O, Gürcüstanın Ukraynaya daha çox ehtiyac duyduğunu unutmamağa çağırıb. Əlavə edib ki, Gürcüstan sakinlərinin mağazalardan aldıqları məhsulların çoxu - dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir.

“Ukrayna ilə münasibətlərə kölgə salmaq fəlakət gətirə bilər və sabah Gürcüstanda insanlar aclıqdan ölərlər", - deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, Ukrayna, həmçinin Gürcüstan məhsulları üçün vacib bir bazardır.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilini mayın 7-də yeni vəzifəyə təyin edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Gürcüstan  





Xəbər lenti