Qarabağda erməni əsgərin ölümü ilə bağlı cinayət işi açılıb

Qarabağda erməni əsgərin ölümü ilə bağlı cinayət işi açılıb
  11 May 2020    Oxunub:4426
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində erməni əsgərin ölümü ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, hadisə mayın 10-da, axşam saatlarında baş verib. Ermənistan ordusunun 19 yaşlı əsgəri Sasun Markaryan Qarabağdakı hərbi hissələrdən birinin mühafizə postunda aldığı güllə yarasından ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Erməni   Əsgər  





Xəbər lenti