Çin və Hindistan arasında qarşıdurma: 11 əsgər yaralandı
Bildirilir ki, 150 Hindistan və Çin əsgəri arasında baş vermiş qarşıdurmada 4 hindistanlı və 7 çinli sərhədçi yaralanıb. Qarşıdurmanın səbəbi məlum deyil.
Məlumata görə, tərəflər arasında tez-tez insident yaranır. Bu isə Hindistanı müttəfiqi Butandan ayıran vadinin Çinin nəzarətində olması ilə əlaqələndirilir. Nəticədə xoşagəlməz olaylar qeydə alınır.
Xatırladaq ki, Çin və Hindistan arasında sərhəd xəttinin uzunluğu 3500 kilometrdir.
Kənan Məmmədov
Azvision.az
Teqlər: Çin Hindistan Gərginlik Sərhəd Əsgər